Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə nəzarət üzrə İctimai Komitənin yeni tərkibi açıqlanıb - YENİLƏNİB

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə nəzarət üzrə İctimai Komitənin yeni tərkibi açıqlanıb - <font color=red>YENİLƏNİB</font>
# 02 mart 2012 10:40 (UTC +04:00)
APA-nın xəbərinə görə, Ədliyyə naziri yanında seçki komissiyasının toplantısı keçirilib və komitənin yeni tərkibi barədə yekun qərar qəbul olunub. Qərara əsasən, Əliməmməd Nuriyev, Sahib Məmmədov, Səadət Bənənyarlı, Zəlihə Tahirova, Şahin Camalov, Elmari Məmişov və Elçin Salmanov qurumun üzvü seçilib. Komitənin əvvəlki tərkibində olmuş Elmira Ələkbərova səhhəti ilə bağlı tərkibdən çıxarılıb. Onun yerinə Səadət Bənənyarlı yeni tərkibə seçilib. Həmçinin əvvəlki tərkibdə olmuş Səidə Qocamanlı bu tərkibə daxil edilməyib.
İctimai Komitənin koordinatoru isə Əliməmməd Nuriyev müəyyənləşib.
İctimai Komitənin tərkibini müəyyənləşdirən seçki komissiyasına Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, deputat Rəbiyyət Aslanova, Ali Məhkəmənin, Respublika Prokurorluğunun, Ədliyyə Nazirliyinin, Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun nümayəndələri və başqaları daxildir.

Qeyd edək ki, bu gün yeni tərkibin ilk iclasının keçirilməsi planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR