Ərdoğan: “İranın yüksək səlahiyyətli şəxsləri ilə görüşlərimiz olacaq”

Ərdoğan: “İranın yüksək səlahiyyətli şəxsləri ilə görüşlərimiz olacaq”
# 17 mart 2012 09:27 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İran səfərində yüksək səlahiyyətli şəxslərlə görüşəcəyəm”. APA-nın İRİB-ə istinadən verdiyi məlumatına görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.

Baş nazir bildirib ki, Cənubi Koreyadan dönərkən martın 28-də Tehranda olacaq: “İrana səfərim dəqiqdir. Orada ali dini lider ayətullah Seyid Əli Xamneyi başda olmaqla, digər yüksək səlahiyyətli şəxslərlə də görüşlərimiz olacaq”.

Qeyd edək ki, R. T. Ərdoğanın İrana səfəri çərçivəsində ikitərəfli əməkdaşlıqla yanaşı, bölgə və beynəlxalq arenada İran və Türkiyənin ortaq maraqları olan məsələlərlə bağlı da müzakirələrin aparılacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR