ABŞ Hörmüz boğazına pilotsuz sualtı qayıqlar göndərib
12 iyul 2012 11:54 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ABŞ Hörmüz boğazına pilotsuz sualtı qayıqlar göndərib. APA-nın məlumatına görə, bu barədə “The Los Angeles Times” qəzeti xəbər dərc edib. Məlumatda bildirilir ki, ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus “SeaFox” pilotsuz sualtı qayıqlarının əsas vəzifəsi Hörmüz boğazında suyun altındakı minaların yerini aşkarlayaraq məhv etməkdir. Boğaza “SeaFox”larla bərabər, 4 ədəd MH-53 “Sea Dragon” vertolyotu və mina təmizləyən gəmilər də göndərilib.
Qeyd edək ki, dənizin altında 300 metr dərinlikdə mina axtaran “SeaFox” sualtı qayıqları lazım gəldiyi təqdirdə aşkarladığı minaları məhv etmək xüsusiyyətinə malikdir. Ancaq yüz min ABŞ dolları dəyərində olan sualtı qayıq minanı partladarkən özünü də məhv edir.

Asiya
MİT İraqda PKK-nın rəhbər şəxslərindən birini zərərsizləşdirib
11:51
13 may 2024
KİV: İsrailin Qəzzanın mərkəzindəki xəstəxanaya endirdiyi zərbə nəticəsində bir nəfər ölüb
07:14
13 may 2024
Türkiyə XİN: Ankara fələstinlilərin öz dövləti olana qədər onları qorumaq niyyətindədir
23:45
12 may 2024
İbrahim Kalın HƏMAS lideri ilə Qəzzada atəşkəs perspektivlərini müzakirə edib
22:11
12 may 2024