Bakıda “Qloballaşma ilə əlaqədar fövqəladə hallara qarşı mübarizənin müasir problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO

Bakıda “Qloballaşma ilə əlaqədar fövqəladə hallara qarşı mübarizənin müasir problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib - <font color=red>FOTO</font>
# 31 may 2012 14:30 (UTC +04:00)
Bakı. Samirə Məmmədova - APA. Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Bakıdakı Avropa Tədris-İnformasiya Mərkəzi (ECMHT), “Fövqəl” Assosiasiyası və Böyük Britaniyanın OXFAM humanitar təşkilatının Bakı nümayəndəliyi birlikdə “Qloballaşma ilə əlaqədar fövqəladə hallara qarşı mübarizənin müasir problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirib. AzMİU-da iki gün davam edən konfransda “Respublikamızda təbii və texnogen təhlükələrin proqnozlaşdırılması və qiymətləndirilməsi”, “Fövqəladə hallarda iqtisadi, sosial və ekoloji zərərlərin qiymətləndirilməsi”, “Əhalinin fövqəladə hallara hazırlanması və maarifləndirilməsi”, “Təbii və texnogen risklərin idarə olunmasının sosial-iqtisadi, normativ-hüquqi aspektləri”, “Xəzərdə baş verən ekoloji fövqəladə hadisələr və onların həlli yolları” əsas müzakirə mövzuları olub.

AzMİU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, elmi-praktik konfransda müzakirəyə çıxarılan mövzunun elmi-nəzəri cəhətdən təhlil ilə yanaşı, problemin praktik həlli tərəfinə də xüsusi yer verilib və bu sahədə yerli İcra Hakimiyyəti orqanları və bələdiyyələrin, eləcə də iri mülkiyyət sahiblərinin, o cümlədən, adətən belə işlərdən kənarda qalan iş adamlarının fövqəladə hallara qarşı mübarizəyə cəlb olunmasına xüsusi diqqət yetirilib.

Həmçinin bu sahədəki uyğunsuzluqların, eləcə də, təhlükəsizlik sahəsində mövcud qanunlara yerlərdə əməl olunması, əhalinin maarifləndirilməsi və mühafizəyə hazırlanmasının təşkili məsələləri də konfransda diqqət mərkəzində olub.

Konfransda Təhsil Nazirliyi, “Meliorasiya və Su təsərrüfatı” ASC, Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, həmçinin, ali məktəblər, müvafiq elmi-tədqiqat institutları və təşkilatlarından nümayəndələr iştirak ediblər. Tədbir çərçivəsində 113 məqalə müzakirə olunub.

Beynəlxalq konfransa yekun vurulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR