İran ABŞ-ın pilotsuz casus təyyarəsini nümayiş etdirib
11 fevral 2012 23:29 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran ələ keçirdiyi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus “RQ-170” tipli pilotsuz casus təyyarəsini bu gün paytaxt Tehran şəhərində, Azadlıq meydanında islam inqilabının 33-cü ildönümü münasibətilə keçirilən təntənəli bayram mərasimində nümayiş etdirib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, təyyarə İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) Hava-Kosmik Qüvvələri tərəfindən təmir edilərək işlək vəziyyətə gətirilib.
Xatırladaq ki, ötən il dekabrın 4-də İran Silahlı Qüvvələri ölkənin şərqində, Əfqanıstan sərhədindən təxminən 225 km içəridə, Kaşmar şəhəri yaxınlığında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus “RQ-170” tipli pilotsuz casus təyyarəsini ələ keçirib. Bir müddət sonra İran dövlət televiziyası təyyarənin videogörüntüsünü nümayiş etdirib. ABŞ prezidenti Barak Obama İrandan təyyarəni geri qaytarmağı tələb edib.

Asiya
Türkiyəli nazir Zəngəzur dəhlizinin işə düşəcəyi tarixi açıqlayıb
12:29
18 may 2024
İsrail Ordusu "İslami Cihad" qruplaşmasının rəhbərlərindən birini sıradan çıxarıb
11:29
18 may 2024
KİV: Qəzzada atəşkəs danışıqları dayandırılıb
08:47
18 may 2024
Əfqanıstanda atışma nəticəsində üç ispan vətəndaşı ölüb
08:35
18 may 2024