Azərbaycanla Rusiya arasında 2012-2013-cü illər üçün Mədəniyyət sahəsində Əməkdaşlıq Proqramı imzalanıb
22 oktyabr 2012 17:43 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiya Federasiyasında rəsmi səfərdədir. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 22-də Ə.Qarayev ilə Rusiya Federasiyasının mədəniyyət nazirinin müavini Alla Manilova arasında görüş keçirilib. Görüş zamanı Rusiya ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, əsrlərə söykənən dostluq münasibətləri yüksək qiymətləndirilib.
Daha sonra "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiya Federasiyası Mədəniyyət Nazirliyi arasında 2012-2013-cü illər üçün Mədəniyyət sahəsində Əməkdaşlıq Proqramı"nın imzalanma mərasimi olub. Səfər çərçivəsində nazir Ə.Qarayevin Rusiya Federasiyasının mədəniyyət naziri V.R.Medinski ilə də görüşü nəzərdə tutulur.

Mədəniyyət siyasəti
ICESCO baş direktoru: Ənənəvi iş yerlərinin sayı azalır, yeni ixtisaslar meydana çıxır
10:42
10 may 2024
Mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Mehriban Əliyevaya təbrik ünvanlayıb
08:02
10 may 2024
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
14:57
8 may 2024
Rasim Balayev qonorarların nizamlanması ilə bağlı Baş nazirə müraciət edib
12:53
8 may 2024