Bakının Nəsimi və Nərimanov rayonlarının su təchizatında fasilələr olacaq

Bakının Nəsimi və Nərimanov rayonlarının su təchizatında fasilələr olacaq
# 31 may 2012 07:32 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Azərsu” ASC istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədilə Bakı şəhəri Nərimanov rayonu ərazisində yeni çəkilmiş 500 mm diametrli magistral xəttin şəbəkəyə birləşdirilməsi işləri aparılır.

Bununla əlaqədar may ayının 31-də gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə - Vaqif prospekti, S.Vurğun, Xan Şuşinski, M.Qaşqay, C.Hacıbəyli və F.X.Xoyski küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR