Hüsni Mübarəkin yaxın tərəfdarlarının siyasi hüquqları əllərindən alınıb

Hüsni Mübarəkin yaxın tərəfdarlarının siyasi hüquqları əllərindən alınıb
# 24 aprel 2012 02:57 (UTC +04:00)
Bakı-APA. Misirdə hakimiyyətdə olan Silahlı qüvvələrin ali şurası siyasi hüquqlar barədə qanuna dəyişiklikləri təsdiq edib. Dəyişikliklərə əsasən keçmiş prezident Hüsni Mübarəkin yaxın tərəfdarlarına seçkidə iştirak etmək və dövlət postları tutmaq qadağan olunur.

Bu dəyişiklikləri artıq Misir parlamentinin aşağı palatası da təsdiq edib.

Qadağanlar Hüsni Mübarəkin hakimiyyətinin son 10 ili ərzində prezident, vitse-prezident, baş nazir və ya hakim Milli Demokrat partiyasında yüksək post tutmuş şəxslərə şamil olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR