Azərbaycan yığmasının “FA of Moldova Cup” turnirində rəqibləri müəyyənləşib

Azərbaycan yığmasının  “FA of Moldova Cup” turnirində rəqibləri müəyyənləşib
# 08 may 2012 14:20 (UTC +04:00)
Bakı – APA. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, yığmamız “FA of Moldova Cup” turnirinə qatılacaq. Moldovanın paytaxtı Kişinyovda baş tutacaq yarış mayın 15-dən 19-a qədər keçiriləcək. Artıq turnirin təqvimi müəyyənləşib.

15 may
19:00. Moldova – Bolqarıstan
19:00. Rumıniya – Azərbaycan

17 may
19:00. Azərbaycan – Moldova
19:00. Bolqarıstan – Rumıniya

19 may
14:30. Moldova – Rumıniya
13:00. Azərbaycan – Bolqarıstan
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR