Azərbaycanda ötən həftə ərzində ölkə qanunvericiliyinin tələblərini pozan 19 əcnəbi aşkar edilib

Azərbaycanda ötən həftə ərzində ölkə qanunvericiliyinin tələblərini pozan 19 əcnəbi aşkar edilib
# 15 oktyabr 2012 12:58 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən oktyabrın 8-dən 13-dək Bakı şəhərində qanunsuz miqrasiyaya qarşı tədbirlər keçirilib.

DMX-dən APA-ya verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində Azərbaycan qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən, eyni zamanda ölkədə olma və yaşama qaydalarını pozan 19 əcnəbi aşkar edilib. Həmin şəxslər barəsində inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.

DMX tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR