Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı imtahan keçirilir - FOTOSESSİYA

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı imtahan keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 09 iyun 2012 09:36 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Azərbaycan Texniki Universitetinin idman sarayında ədliyyə orqanlarına qulluğa qəbulla bağlı imtahan keçirilir. APA-nın məlumatına görə, müsabiqənin test imtahanı bütün namizədlər üçün vahid auditoriyada təşkil edilib. Ədliyyə Nazirliyi Müsabiqə Komissiyasının sədr müavini Rauf Məhərrəmov bildirib ki, test imtahanında iştirak etmək üçün 338 nəfər sənəd verib, onlardan 25 faizi qadınlardır. Onun sözlərinə görə, imtahanda iştirak edənlərin 85 faizinin gənclər təşkil edir ki, onların da 70 faizi bu günədək heç yerdə işləməyib: “Test tapşırığı 100 sualdan ibarətdir. Namizədlərin hüquqi bilikləri, məntiqi nəticələr çıxarmaq qabiliyyətləri və ümumi dünyagörüşləri yoxlanılacaq. İmtahan 3 saat davam edəcəck”.

R.Məhərrəmov deyib ki, test imtahanından uğur qazanmış namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR