Gürcüstanda keçirilən parlament seçkilərində 16 azərbaycanlı namizəd iştirak edir - FOTO

Gürcüstanda keçirilən parlament seçkilərində 16 azərbaycanlı namizəd iştirak edir - <font color=red>FOTO</font>
# 01 oktyabr 2012 11:02 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanda parlament seçkiləri davam edir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, seçkilərdə 16 seçki subyekti - 14 partiya və 2 blok iştirak edir.

Gürcüstanda yaşayan azərbaycanlılar da seçkilərdə müxtəlif partiyaların namizədləri kimi proporsional və majoritar qaydada mübarizə aparırlar. Ən çox azərbaycanlı namizədlər Vahid Milli Hərəkat partiyasından və “Gürcü arzusu” blokundan namizədliklərini irəli sürüb. Bu gün Marneulidə 6 azərbaycanlı namizəd mübarizə aparır:

1. Rada Bayramova (“Azad Gürcüstan”)
2. Azər Süleymanov (“Vahid Milli Hərəkat”)
3. Vaqif Məmmədov (“Xristian-demokratik” partiyası)
4. İslam Axundov (“Yeni sağlar”)
5. Mehdi Əsgərov (Leyboristlər partiyası)
6. Mahir Dərziyev (“Gürcü arzusu” bloku)
Bolnisi rayonu üzrə:
1. Samirə İsmayılova (“Vahid Milli Hərəkat”)
2. Ramiz Bəkirov (“Gürcü arzusu” bloku)
3. Lonqinoz Həsənov (“Ədalətli Gürcüstan Uğrunda” partiyası)
4. Qara Gülməmmədov (“Vahid Milli Hərəkat”)
5. Ramin Əsədov (“Vahid Milli Hərəkat”)
“Gürcü arzusu” blokundan proporsional qaydada namizəd olan azərbaycanlılar:
1. Əli Məmmədov (“Gürcü arzusu” bloku)
2. Kamil Əliyev (“Gürcü arzusu” bloku)
Vahid Milli Hərəkat partiyasından siyahı üzrə:
1. Qəribov Xanəhməd (Qardabani)
2. Musayev Avtandil (Dmanisi)
3. Savalan Mirzəyev (“Vahid Milli Hərəkat”)

Qeyd edək ki, deputatlığa namizədlərdən Azər Süleymanov, Mahir Dərziyev və İslam Axundovun namizədlikləri həm proporsional, həm də majoritar qaydada irəli sürülüb.

Bu saatlarda Marneuli 5 nömrəli seçki məntəqəsində seçicilər növbəyə dayanıb azad və demokratik şəkildə səslərini seçim etdikləri namizədlərə verirlər. Marneuli dairə seçki məntəqəsinin sədri Koba Asatiani APA-ya açıqlamasında indiyədək 9 800 nəfər seçicinin səs verdiyini bildirib. Seçki prosesi davam edir. Seçki məntəqələri axşam saat 20:00-da bağlanacaq.

Xatırladaq ki, Gürcüstan parlamentinə 150 deputat seçiləcək. Bunun 77 nəfəri deputat majoritar sistemlə, 73 nəfər proporsional qaydada seçiləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR