Bərdədə iki gəncin mübahisəsi bıçaqlanma ilə bitib

Bərdədə iki gəncin mübahisəsi bıçaqlanma ilə bitib
# 08 iyul 2012 17:16 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu-APA. Bərdədə iki gəncin mübahisəsi bıçaqlanma ilə bitib.

APA-nın məlumatına görə, Bərdə rayon sakini Seymur Əhmədov şəxsi münasibətlər zəmnində həmyerlisi, 22 yaşlı Ayaz Əhmədova bıcaqla xəsarət yetirib. Hadisə baş verən vaxt Seymur Əhmədov sərxoş olub.

O, A. Əhmədovla mübahisəsi zamanı üstündə gəzdirdiyi cib bıcağı ilə ona bud nayihəsindən xəsarət yetirib.

Yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR