Qırğızıstan prezidenti: «Bizi tez-tez diz çökdürməyə çalışırlar, amma biz heç vaxt onların köləsi olmadıq və olmayacağıq»

Qırğızıstan prezidenti: «Bizi tez-tez diz çökdürməyə çalışırlar, amma biz heç vaxt onların köləsi olmadıq və olmayacağıq»
# 30 mart 2012 14:02 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Milli Məclisində çıxışında Qırğızıstan prezidenti Almazbek Atambayev deyib.

A. Atambayev misal kimi hər il çətinliklə digər ölkələrdən yanacaq idxal etdiklərini göstərib: “Bizi tez-tez diz çökdürməyə çalışırlar. Amma biz heç vaxt onların köləsi olmadıq, olmayacağıq. Diz üstə yaşamaqdansa, ayaq üstə mərd ölmək yaxşıdır. Qırğızıstan və Azərbaycanın müstəqilliyi uğrunda ölmüş atalarımızın, babalarımızın xatirəsi, Allah bizə kömək olsun. Qardaş Azərbaycan xalqına xoşbəxtlik və rifah arzu edirəm».

Qırğızıstan prezidentinin çıxışı MM deputatları tərəfindən alqışlarla qarşılanıb. MM spikeri Oqtay Əsədov ona səmimi çıxışına görə təşəkkür edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR