İspaniya iqtisadiyyatında texniki böhran yaşanır
01 may 2012 08:31 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin I rübündə İspaniya iqtisadiyyatı rüblük müqayisədə 0,3%, illik müqayisədə isə 0,4% azalıb.
“APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə İspaniya Milli Statistika İnstitutu açıqlama yayıb.
Hökumətin qəbul etdiyi sərt qənaət tədbirləri proqramının fonunda İspaniya iqtisadiyyatında böhran davam edir. Bu tədbirlər istehlakçı fəallığına və daxili tələbata mənfi təsir etdiyindən, ölkədə etiraz aksiyalarına səbəb olub.
Ötən ilin IV rübündə İspaniya iqtisadiyyatında azalma 0,3% təşkil edib. İki rüb ard-arda ÜDM-in azalması texniki böhran hesab olunur.
Qeyd edək ki, hazırda İspaniyada büdcə kəsiri 8,5% təşkil edir. Beynəlxalq maliyyə qurumlarından vəsait cəlb etmək üçün hökumət bu göstəricini 5,3%-ə salmalıdır. Bununla belə, ölkədə işsizlik səviyyəsi getdikcə artır. Bu ilin I rübündə işsizlik səviyyəsi tarixi maksimuma - 24,4%-ə çatıb.

Maliyyə
Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib
17:31
17 may 2024
Kapital Bank-ın 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
15:27
17 may 2024
BMT: 2024-cü ilin əvvəlindən artan neft qiymətləri Azərbaycan və Qazaxıstanın gəlirlərini artıracaq
15:18
17 may 2024
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
13:25
17 may 2024