İranda neft hasilatı kəskin azalır

İranda neft hasilatı kəskin azalır
# 10 iyul 2012 13:01 (UTC +04:00)
APA-nın məlumatına görə, ölkədə neft hasilatı 1992-ci ildə qeydə alınmış göstərici səviyyəsinə düşüb. Belə ki, bu ilin iyun ayında İranda gündəlik neft hasilatı 3,2 mln. barel olub.

Qeyd edək ki, 2011-ci ildə İranda orta hesabla gündəlik 3,7 mln. barel neft hasil olunub. Mütəxəssislər bu ilin iyul ayında İranın gündəlik neft hasilatının 1,1-1,3 mln. barelədək azalacağını hesab edirlər. Bu proses məhz Avropa Birliyinin iyulun 1-dən İrana qarşı tətbiq etdiyi sanksiyaların qüvvəyə minməsi ilə rəsmi Tehranın müştərilərini itirməsindən sonra başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR