Azərbaycanda AMEA sistemi üzrə doktoranturaya ixtisas fənnindən qəbul imtahanları başa çatıb

Azərbaycanda AMEA sistemi üzrə doktoranturaya ixtisas fənnindən qəbul imtahanları başa çatıb
# 19 oktyabr 2012 13:10 (UTC +04:00)
AMEA-nın Rəyasət heyətinin elmi katibi Sərxan Abbasoğlunun APA-ya verdiyi məlumata görə, doktoranturaya ixtisas fənlərindən qəbul imtahanları oktyabrın 15-16-17-də (Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu üzrə oktyabrın 18-19-da) keçiirilib. Oktyabrın 22-də isə fəlsəfə doktoru hazırlığı üzrə fəlsəfə fənnindən imtahanla başlayacaq.
Fəlsəfə fənnindən imtahanlar oktyabrın 31-dək davam edəcək.
İmtahanların nəticələrinə bütün imtahanlar başa çatdıqdan sonra əvvəlcə institutların Elmi Şuralarında, sonra AMEA-nın bölmələrində və sonda Rəyasət Heyətində baxılacaq.

Qeyd edək ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturanın 288 plan yerinə 354 nəfər sənəd verib. Onlardan 158 əyani plan yerinə 170, 130 qiyabi plan yerinə 184 nəfər sənəd verib. Sənəd verənlərin 5 nəfəri xarici ölkə vətəndaşıdır. Onlardan biri Türkiyə, ikisi İran, biri Liviya, biri Qırğızıstan vətəndaşlarıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR