Ağdaşda 2 hektar ərazidə külli miqdarda narkotik xassəli bitki tapılaraq məhv edilib

Ağdaşda 2 hektar ərazidə külli miqdarda narkotik xassəli bitki tapılaraq məhv edilib
# 28 iyun 2012 18:44 (UTC +04:00)
Ağdaş. Elvin Yaqubov-APA. Ağdaş rayonunda külli miqdarda narkotik xassəli çətənə kolu aşkarlanaraq məhv edilib. APA-nın yerli bürosunun xəbərinə görə, Ağdaş rayon Polis Şöbəsi əməkdaşları iyunun 28-də “Xaş-xaş-2012” tədbirlər planına uyğun olaraq, əməliyyat keçiriblər. Rayonun Mürsəl kəndində su arxının kənarından yabanı halda bitən külli miqdarda narkotik xassəli çətənə kolları aşkar edilib. Ümumilikdə 2 hektar ərazidə aşkar olunan və ümumi çəkisi 1 ton 680 kiloqram olan 3253 ədəd çətənə kolu kökündən çıxarılaraq yandırılıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR