Zimbabvedə iki ildir məvacib almayan futbolçular tətil elan ediblər

Zimbabvedə iki ildir məvacib almayan futbolçular tətil elan ediblər
# 05 oktyabr 2016 04:36 (UTC +04:00)

Bakı-APA. Zimbabvenin “Xvange” futbol klubunun oyunçuları iki ildir məvacib ala bilmədiklərinə görə tətil elan ediblər. APA-nın “TASS”a istinadən verdiyi xəbərinə görə, bu barədə Peşəkar Futbolçular Assosiasiyaları Beynəlxalq Federasiyasının (FIFPro) mətbuat xidmətinin məlumatında bildirilir.

Klub rəhbərliyi məvaciblərin ödənilməsinə dair bütün tələbləri rədd etdikdən sonra futbolçular tətil elan etməyə qərara gəliblər. Aksiya problemi həll etməyə çalışan Zimbabve Futbol Birliyi tərəfindən dəstəklənib. Lakin klub rəhbərliyi təşkilatın bütün sorğu və tələblərini qulaq ardına vurur. Futbolçular artıq iki ildir ki məvaciblərinin (hər futbolçuya 2750 dollar) ödənilməsini gözləyirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR