Dünya Azərbaycanlılarının IV Qurultayında “Metsamor” AES-lə bağlı dünya ictimaiyyətinə müraciət qəbul edilib

Dünya Azərbaycanlılarının IV Qurultayında “Metsamor” AES-lə bağlı dünya ictimaiyyətinə müraciət qəbul edilib
# 04 iyun 2016 15:10 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Dünya Azərbaycanlılarının IV Qurultayında Ermənistanda yerləşən “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə, Avropa İttifaqına və dünya ictimaiyyətinə müraciət qəbul edilib.

APA-nın məlumatına görə, müraciətdə qeyd edilir ki, 1988-ci il dekabrın 7-də baş vermiş Spitak zəlzələsinin episentri 1979-cu ildə istismara verilən AES-dən 75 km uzaqlıqda yerləşib.

Sənəddə Avropa qurumlarının “Metsamor” AES-in köhnə və etibarsız olması barədə məsələni dəfələrlə qaldırdığı xatırladılıb: “Metsamor” AES-in tullantılarının Azərbaycan ərazisindən keçən çaylara axıdılmasına, habelə işğal olunmuş Azərbaycan ərazilərində basdırıldığına dair tutarlı faktlar var. Bir sıra KİV-lərdə Ermənistan tərəfindən nüvə və radioaktiv materialların gizli satışının təşkil edildiyinə dair məlumatlar dərc olunub. Digər narahatlıq doğuran məqam Ermənistanın bəzi rəsmi şəxslərinin “çirkli bomba” adlandırılan nüvə silahına malik olduqlarına dair bəyanatlarıdır. Bu bəyanatlar vəziyyətin nə dərəcədə təhlükəli olduğunu bir daha nümayiş etdirir. Biz, dünya azərbaycanlıları, bütün beynəlxalq təşkilatlara, xüsusi ilə BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə və Avropa İttifaqına müraciət edərək dünyada sülhün və təhlükəsizliyin təmin olunması, bu məqsədlə Ermənistan ərazisində fəaliyyət göstərən “Metsamor” AES-in fəaliyyətinin dayandırılması istiqamətində təcili tədbirlər görməyə çağırırıq. Ümid edirik ki, beynəlxalq ictimaiyyət regionda baş verə biləcək fəlakətin qarşısının əvvəlcədən alınması üçün öz səylərini əsirgəməyəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR