Moqerini: “Rusiya və ABŞ Suriyada atəşkəsə zəmanət verməlidir”

Moqerini: “Rusiya və ABŞ Suriyada atəşkəsə zəmanət verməlidir”
# 19 sentyabr 2016 23:14 (UTC +04:00)

Bakı-APA. Rəsmi Moskva və Vaşinqton Suriyada atəşkəs rejiminə əməl olunmasına zəmanət verməlidir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bəyan edib.

Onun sözlərinə görə, Avropa İttifaqı Suriyanın gələcəyi üçün siyasi və humanitar sahələrdə mühüm rol oynamağa hazırdır.

“Lakin əvvəl ABŞ və Rusiya atəşkəsə zəmanət verməlidir. Məhz bundan sonra biz Suriyada siyasi və humanitar fəaliyyətə başlaya bilərik”, deyə F.Moqerini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR