Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olub - YENİLƏNİB

Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olub - <span style="color: red;">YENİLƏNİB
# 12 iyul 2016 10:06 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bu gün Xarici İşlər Nazirliyində Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov arasında görüş keçirilib.

APA-nın məlumatına görə, görüş əvvəlcə təkbətək, sonra geniş formatda baş tutub.

Görüşdə əsasən, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, ikitərəfli münasibətlər müzakirə edilib.

Xatırladaq ki, Sergey Lavrov ötən gündən Azərbaycanda işgüzar səfərdədır.

***

saat 10.06

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb.

APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında əməkdaşlıq, əsasən isə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunur.

Qeyd edək ki, S. Lavrov dünən Azərbaycana işgüzar səfərə gəlib. Elə dünən Rusiya XİN başçısının Azərbaycan prezidenti ilə görüşü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR