Azərbaycan prezidenti aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında sərəncam imzalayıb
# 30 dekabr 2015 11:15 (UTC +04:00)

APA-nın məlumatına görə, 2015-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə 50 manat məbləğində birdəfəlik yardım ödəniləcək.

Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5,3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə birdəfəlik yardımın ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürülməsini təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR