Elmar Məmmədyarov İspaniyanın xarici işlər üzrə dövlət katibi ilə görüşüb

Elmar Məmmədyarov İspaniyanın xarici işlər üzrə dövlət katibi ilə görüşüb
# 04 dekabr 2015 08:41 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində İspaniya Krallığının xarici işlər üzrə dövlət katibi İqnasio İbanezlə görüşüb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə İspaniya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.

E. Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verib. Nazir həmçinin İspaniyanın təşəbbüskarı olduğu BMT-nin Sivilizasiyalar Alyansının növbəti 7-ci qlobal forumunun 2016-cı ilin aprelində Azərbaycanda keçiriləcəyini qeyd edərək, ispaniyalı həmkarını həmin tədbirdə iştirak etmək üçün səfərə dəvət edib.

Dəvəti məmnuniyyətlə qəbul edən İ. İbanez yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin önəmini qeyd edərək, hər iki nazirlik tərəfindən bunun təşviq olunmasının vacibliyini vurğulayıb.

Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi barədə razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR