Bakı. Fərid Mirzəyev – APA. AMEA Rəyasət Heyəti aparatında Müəlliflik hüququ və patent şöbəsi yaradılıb.
APA-nın xəbərinə görə, bu haqda AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Yeni yaradılan şöbəyə Sadıx Nəbiyev rəhbərlik edəcək.
Başqa bir qərarla AMEA-nın İşlər idarəsində Elm və texnologiya parkı yaradılıb, digər bir qərarla isə AMEA İşlər idarəsinin Avtobaza, təmir-tikinti və quraşdırma idarəsi ləğv edilib.
İclasda ümumrespublika Elm Festivalının keçirilməsi haqda da qərar qəbul olunub. Yay aylarında festivala hazırlıq işləri keçiriləcək.