Avstraliyalı deputatlar Milli Məclisdə təmsil olunan partiyaların rəhbərləri ilə görüşüblər

Avstraliyalı deputatlar Milli Məclisdə təmsil olunan partiyaların rəhbərləri ilə görüşüblər
# 29 oktyabr 2015 13:38 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda səfərdə olan Avstraliya parlamentinin nümayəndə heyəti Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri ilə görüşüb.

Parlamentdən APA-ya verilən məlumata görə, görüşdə Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı və Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa iştirak ediblər.

Görüşdə qonaqlara ölkəmizdəki seçkiqabağı vəziyyət, seçki sistemi, siyasi partiyalar arasında mövcud dialoq, siyasi partiyaların maliyyələşdirilməsi və təbliğat-təşviqat kampaniyası haqqında məlumat verilib. Siyasi partiyaların rəhbərləri bəzi beynəlxalq qurumların Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ikili standartlarının təəssüf doğurduğunu qonaqların diqqətinə çatdırıblar.

Qonaqlar həmçinin Yeni Azərbaycan Partiyasının parlamentdə təmsil olunan deputatları ilə görüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR