Prezident Olimpiya Oyunlarına qatılacaq Azərbaycan nümayəndə heyətini yolasalma mərasimində iştirak edib

Prezident Olimpiya Oyunlarına qatılacaq Azərbaycan nümayəndə heyətini yolasalma mərasimində iştirak edib
# 18 iyul 2016 09:06 (UTC +04:00)

Bakı-APA. Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin iyulun 18-də rəsmi yolasalma mərasimi keçirilib.

APA-nın xəbərinə görə, Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı mərasimdə nitq söyləyib.

Sonra gənclər və idman naziri Azad Rəhimov, yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının məşqçisi Akif Əliyev, paralimpiyaçı İlham Zəkiyev, yunan-Roma güləşçisi Rəsul Çunayev çıxış ediblər.

Çıxışlardan sonra idmançılar Olimpiya andı içiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR