Xalq artisti Nuriyyə Əhmədova vəfat edib - VİDEO

Xalq artisti Nuriyyə Əhmədova vəfat edib - <span style="color: red;">VİDEO
# 10 oktyabr 2015 07:03 (UTC +04:00)

1 saylı Klinik Şəhər Xəstəxanasından APA-ya verilən məlumata görə, N. Əhmədova oktyabrın 9-da xəstəxanaya gətirilib. Xalq artisti oktyabrın 10-da saat 04.35-də ürək çatışmazlığından vəfat edib. O, bu gün Mərdəkanda dəfn olunacaq.

Nuriyyə Əhmədova 1950-ci ildə Bakıda anadan olub. M. A. Əliyev adına ADİİ-nin aktyorluq fakültəsində təhsil alıb. Aktrisa kimi fəaliyyətə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub. 2007-ci ildə Azərbaycanın xalq artisti adına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR