Xəzərboyu ərazilərdə hasarlanma qaydalarını pozanlar cərimələnəcək

Xəzərboyu ərazilərdə hasarlanma qaydalarını pozanlar cərimələnəcək
# 04 dekabr 2015 08:37 (UTC +04:00)

APA-nın məlumatına görə, bununla bağlı Torpaq Məcəlləsinə dəyişiklik Milli Məclisin Aqrara siyasət komitəsində müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, sahilboyu zolağın qrafiki təsvirində həmin zolağın 20 metrdən 50 metrədək müəyyənləşdirilməsinin, əsas olan su səthinin quru ilə təmas xəttinin mövcud və təbii təsirlərlə əlaqədar dəyişən vəziyyəti öz əksini tapmalıdır. Sahilboyu 20-50 metr zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya yad üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və bağlanma üçün istifadə edilən konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xətinin görünməsini məhdudlaşdırmasın.

Eyni zamanda həmin hasarın və tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 100 metrdən bir dövlət sərhədinin mühafizəsinin təmin olunmasının məqsədilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər olunub.

Layihəyə əsasən Xəzər dənizinin Azərbaycana məxsus olan bölməsində sahilboyu 20-50 metr zolağın altında olan torpaq sahələri ilə bağlı tələblərinin pozulmasına görə, cərimələr müəyyənləşib. Həmin torpaq sahələrinin müvafiq İcra Hakimiyyəti orqanın icazə olmadan hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına, müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə hasara alma digər üsullarla bağlanması zamanı tikinti konstruksiyalarının dənizin və onun sahilində su ilə qurunun təmas xətinin görünməsinin və ya dəniz sahilində gediş-gəlişin məhdudlaşdırılması və yaxud 100 metrdən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədilə eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçidin təmin olunmaması məqsədilə fiziki şəxslər 3 min manat, vəzifəli şəxslər 7 min manat, hüququ şəxslər 35 min manat miqdarında cərimə edilir.

Bu cərimələr dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanın qərarı olmadan həmin torpaq sahəsində dənizin sahilinə gediş-gəlişin və məhdudlaşdırılmasına görə də tətbiq olunacaq. Sadalanan xətalar təkrar törədildikdə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat cərimə edilir.

Hər iki qanun layihəsi Aqrar Siyasət Komitəsində müzakirə olunub və Milli Məclisin Plenar iclasına tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR