Teleqüllədə intellektual ünvanlı yanğından mühafizə siqnalizasiya sistemi quraşdırılıb - FOTO

Teleqüllədə intellektual ünvanlı yanğından mühafizə siqnalizasiya sistemi quraşdırılıb - <span style="color: red;">FOTO
# 30 iyul 2015 13:54 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bakı Teleqüllə Kompleksində “İntellektual ünvanlı yanğından mühafizə siqnalizasiya” sistemi işə salınıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyindən “APA-Economics” verilən məlumata görə, sistemdə 764 ədəd tüstüdən optik-elektron intellektual yanğın söndürmə xəbərverici quraşdırılıb.

Kompleks -26 səviyyəsindən +70 səviyyəsinə qədər əlavə 64 ədəd görüntü kameraları ilə təchiz edilib.

Bundan əlavə, 20 ədəd müxtəlif növlü odsöndürən balon və 32 ədəd tam komplektli bir qapılı şkaf alınaraq kompleksin mərtəbələrində su kranları olan yerlərdə quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR