Deputat Novruz Aslanov kəndlərdə qəbul keçirib

Deputat Novruz Aslanov kəndlərdə qəbul keçirib
# 19 iyul 2018 08:52 (UTC +04:00)

Millət vəkili Novruz Aslanov İsmayıllı rayonunun Kürdeldarbəyli, Zibeyli, Mollaisaqlı, Qələyə, Soltankənd, Uştal kəndlərində seçicilərini qəbul edib və onların problemləri ilə maraqlanıb.

Deputatın qərargahından APA-ya verilən məlumata görə, Kürdeldarbəyli kəndinin içməli su, yol təmiri, Zibeyli kəndinin su, yol və elektrik dirəklərinin dəyişdirilməsi, Mollaisaqlı kəndinin su, Qələyə, Soltankənd, Uştal kəndlərinin təbii qaz və su problemləri millət vəkilinin diqqətinə çatdırılıb.

Deputat bu problemlər barədə əlaqədar qurumlarla müzakirələrin aparılacağını bildirib.

Qeyd olunub ki, yay aylarında millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna həftədə iki dəfə səfər edir və kəndlərdə səyyar görüşlər keçirir. Millət vəkili İsmayıllı rayonunda 2018-ci ilin 6 ayının yekunlarına həsr olunmuş hesabat yığıncağında iştirak edib, həmçinin seçiciləri ilə də görüşlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR