Astara rayon sakini dağdan yıxılıb

Astara rayon sakini dağdan yıxılıb
# 13 avqust 2015 21:59 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Avqustun 13-də gecə saatlarında Astara rayonunun Sipyəpard kənd sakini, 1973-cü il təvəllüdlü Aydın Bəhmən oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) gətirilib. Xəstənin yaxınlarının APA-nın cənub bürosuna verdikləri məlumata görə, 3 uşaq atası olan Aydın ehtiyatsızlıq səbəbindən dağdan yıxılaraq dərəyə yuvarlanıb. Nəticədə onun bədəninin müxtəlif nahiyələri əzilib. MRX-nin travmatologiya şöbəsinə yerləşdirilmiş xəstəyə lazımi tibbi yardım göstərilib.

Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR