SAT imtahanı keçiriləcək

SAT imtahanı keçiriləcək
# 07 mart 2019 10:21 (UTC +04:00)

Martın 9-da Dövlət İmtahan Mərkəzində (DİM) növbəti SAT imtahanı keçiriləcək.

Mərkəzdən ONA-ya verilən xəbərə görə, imtahanda iştirak edəcək şəxslər saat 07.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar.

İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar.

İmtahan saat 08.30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı keçiddən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/sat/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR