Rusiya və Qazaxıstan XİN başçıları Xəzərin hüquqi statusuna dair sammitə hazırlığı müzakirə ediblər

Rusiya və Qazaxıstan XİN başçıları Xəzərin hüquqi statusuna dair sammitə hazırlığı müzakirə ediblər
# 06 fevral 2018 12:31 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı Kayrat Abdrahmanovla Xəzərin hüquqi statusuna dair V sammitə hazırlıq prosesinin detallarını müzakirə edib.

APA-nın RIA "Novosti" agentlyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, daha əvvəl Rusiya prezidentinin Xəzəryanı ölkələrlə əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov Xəzəryanı ölkələrin başçılarının növbəti sammitinin martın sonunda Astanada keçirilə biləcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR