AzMİU "Web of Science” mükafatına layiq görülüb

AzMİU "Web of Science” mükafatına layiq görülüb
# 10 noyabr 2016 11:30 (UTC +04:00)

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) “Web of Science” mükafatına layiq görülüb.

AzMİU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı və mənbəyi olan "Thomson Reuters" şirkətinin keçirdiyi təqdimat mərasimində bildirilib.

Tədbirdə Azərbaycanın elmi ictimaiyyəti üçün “Web of Science” mükafatları -2016"nın (Award Ceremony “Web of Science Awards – 2016” for Azerbaijani scientific community) qalibləri elan edilib.

Qeyd edək ki, mükafatçıların siyahısı təbiət elmləri, sosial və humanitar elmlər sahəsində elmi aparıcı axtarış platforması olan Web of Science bazası əsasında tərtib olunub. Analiz "Thomson Reuters" və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə əməkdaşlıq edən elmi tədqiqatlar və əqli mülkiyyət bölməsindən olan ekspertlər tərəfindən aparılıb.

"Web of Science” mükafatına layiq görülən Azərbaycanın nüfuzlu universitet və elmi-tədqiqat qurumları arasında Milli Aviasiya Akademiyası, ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və bir çox ali təhsil müəssisələri var.

Mükafatlar “Web of Science” bazasında indeksləşdirilmiş, beynəlxalq jurnallarda dərc edilmiş və onlarla istinadlar edilmiş elmi əsərlərin müəlliflərinə təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR