İrandan Azərbaycana heroin keçirmək istəyən şəxs saxlanılıb

İrandan Azərbaycana heroin keçirmək istəyən şəxs saxlanılıb
# 03 noyabr 2016 08:41 (UTC +04:00)

İrandan Azərbaycana heroinin keçirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə, xalis çəkisi 1,804 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR