Şəmkirdə yük maşını və içərisindəki 4 ton ot yanıb

Şəmkirdə yük maşını və içərisindəki 4 ton ot yanıb
# 09 fevral 2018 19:09 (UTC +04:00)

Şəmkirdə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonu, Qapanlı kəndində “QAZ” markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış 5 ton ot bağlamasının 4 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR