Yarım ildə Azərbaycanda istehlak bazarı 3%-ə yaxın artıb

Yarım ildə Azərbaycanda istehlak bazarı 3%-ə yaxın artıb
# 14 iyul 2018 10:03 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 21,7 mlrd. manat olmaqla 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,5% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin yanvar-iyun aylarının səviyyəsini real ifadədə 2,6% üstələyərək 20,9 mlrd. manata bərabər olub, onun 50,1%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Bu ilin birinci yarısında bir istehlakçı orta hesabla ayda 369,2 manatlıq və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,2 manat çox əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR