Bakıda zərərçəkmiş şəxs hakimə etiraz edib

Bakıda zərərçəkmiş şəxs hakimə etiraz edib
# 06 sentyabr 2017 08:53 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin önündə zərərçəkmiş Sənan İsmayılov hakimə etiraz edib.

APA-nın xəbərinə görə, zərərçəkmiş S. İsmayılov hakim Fikrət Qəribovun ədalətli qərar çıxarmadığını iddia edib.

Polis əməkdaşlarının müdaxiləsi nəticəsində zərərçəkmiş şəxs hadisə yerindən uzaqlaşdırılıb.

Hakim Fikrət Qəribov isə APA-ya açıqlamasında zərərçəkmiş şəxsin iddiasının əsassız olduğunu və bununla bağlı Apellyasiya Məhkəməsinə müraciət etmək hüququnun olduğunu qeyd edib

Qeyd edək ki, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Rusiya Federasiyası vətəndaşı Vəli Əhmədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə qəsəbə sakini Sənan İsmayılova xəsarət yetirib. V. Əhmədov Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı V. Əhmədovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Hakim Fikrət Qəribovun sədrlik etdiyi kollegiya isə təqsirləndirilən şəxsə 5 illik həbs cəzası verib.

Hakimlər bu qərarın zərərçəkmiş şəxsin şikayətçi olmadığı və müəyyən məbləğdə zərərin ödənildiyi ilə əsaslandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR