Rubl manata qarşı 1,5% bahalaşıb

Rubl manata qarşı 1,5% bahalaşıb
# 08 noyabr 2016 06:32 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 7-si ilə müqayisədə 0,54% möhkəmlənərək 1,6686 manata çatıb.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,26% bahalaşaraq 1,8424 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 1,55% bahalaşaraq 0,0262 manat səviyyəsinə çatıb.

Türkiyə lirəsinin məzənnəsi isə 0,56% möhkəmlənərək 0,5258 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0671 manatdır. Beləliklə, funt sterlinq 0,01%-lik azalma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi dəyişməyərək 0,6839 manat səviyyəsində qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR