Paşha Bank
Bank Of Baku

Rektor: "ADPU məzunlarının MİQ və magistraturaya qəbul göstəriciləri qənaətbəxşdir"

Cəfər Cəfərov

© APA | Cəfər Cəfərov

# 17 dekabr 2021 12:17 (UTC +04:00)

"Son illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunlarının müəllimlərin işə qəbulu (MİQ) və magistraturaya qəbul imtahanlarında göstərdikləri nəticələri qənaətbəxş saymaq olar".

APA-nın məlumatına görə, bunu ADPU-nun 100 illik yubileyinə həsr olunan tədbirdə Universitetin rektoru Cəfər Cəfərov bildirib. Onun sözlərinə görə, ötən tədris ilində ADPU-dan bakalavr səviyyəsində 2119 nəfər məzun olub: "Məzunlarımızın 873-ü (41.5%-i) magistraturaya imtahan verib, onlardan 353-ü (imtahan verənlərin 40%-i) yetərincə bal toplayaraq qəbul olunub. Bu il magistraturaya daxil olan və hərbi xidmətə yollananlar istisna olmaqla, universiteti bitirmiş 2119 bakalavrdan 1306-sı (61%-i) həmin imtahanlarda iştirak edib, onlardan 1089 nəfəri (83%-i) 30-dan yuxarı bal toplayıb. O cümlədən 530 nəfər (49%) 40-60, 184 nəfər isə (16.8%) 50-60 bal yığaraq yüksək nəticə göstərib. Cəmi bir neçə il əvvəllə müqayisədə bu göstərici bəzi ixtisaslar üzrə 4-5, bəzilərində isə 7-8 dəfə yaxşılaşma deməkdir".

Rektor deyib ki, hazırda ölkənin 21 ali məktəbində müəllimlik ixtisasları üzrə kadr hazırlığının həyata keçirilməsinə baxmayaraq, cari tədris ilində ADPU-ya 2475 yerlik tələbə qəbulu planı 97,6% dolub: "Qəbul olanlardan 1730 nəfərin (73,4%) topladığı bal 400-dən yuxarı olub. Qəbulun 66%-i dövlət sifarişi əsasında həyata keçirilib".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR