Hamilə qadının ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub

Hamilə qadının ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub
# 27 oktyabr 2014 12:26 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Ehtiram Müzəffərlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, E. Müzəffərli 11 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, iyunun 27-də Abşeron rayonu, Hökməli qəsəbəsində Ehtiram Müzəffərli idarə etdiyi ZİL markalı yük avtomobili ilə yolu keçmək istəyən Fərhad Nuriyev və onun həyat yoldaşı Səbinə Əməşovanı vurub.

Qəza zamanı hamilə olan S. Əməşova ölüb, digər şəxs isə ağır bədən xəsarətləri alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR