Əfsanəvi futbolçu Romario Braziliyada deputat seçilib

Əfsanəvi futbolçu Romario Braziliyada deputat seçilib
# 06 oktyabr 2014 14:02 (UTC +04:00)

Bakı - APA. Dünya futbolunun canlı əfsanəsi Romario Braziliyanın Rio-de-Janeyro ştatının deputatı seçilib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Braziliyanın Sosialist Partiyasının üzvü olan Romario ümumi səslərin 90%-i sayıldıqdan sonra 63,4%-lik göstərici ilə liderlik edir.

Qeyd edək ki, keçmiş futbolçunun rəqibi, Demokratlar Partiyasının üzvü Sezar Mayyu 20,5% səs toplayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR