Azərbaycanda 2 milyona yaxın uşaq icbari dispanserizasiyadan keçirilib

Azərbaycanda 2 milyona yaxın uşaq icbari dispanserizasiyadan keçirilib
# 14 oktyabr 2014 12:55 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Azərbaycanda 2 milyona yaxın uşaq icbari dispanserizasiyadan keçirilib. Ümid edirik ki, ilin sonuna kimi uşaqların hamısı icbari tibbi müayinədən keçəcək”.

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin baş pediatrı, Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanda uşaqların icbarı dispanserizasiyası bundan sonra da davam etdiriləcək. N.Quliyev qeyd edib ki, ölkədə “Uşaqların icbari disparenzasiyası” haqqında qanun qəbul edilib və bunun icrası istiqamətdə müvafiq işlər görüləcək. Baş pediatr qeyd edib ki, 2012-ci ilin sonlarında “Uşaqların icbari disparenzasiyası” haqqında qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb və çox qısa müddətdə bu qanun qəbul edilib. 2013-cü ilin aprel ayında isə bu qanun ölkə prezidentinin sərəncamı ilə qüvvəyə minib: “Azərbaycan bizi əhatə edən qonşu dövlətlər arasında bu qanunu qəbul edən yeganə ölkədir. Uşaqların sağlamlığı ilə bağlı qəbul olunmuş digər sənədlər arasında bu qanun ən böyüyüdür. Qanun ölkə əhalisinin 1/3-ni əhatə edir. Bu qanunda 0-18 yaşına kimi olan bütün uşaqların icbari disparenzasiyadan keçirilməsini nəzərdə tutur. Qanuna əsasən, 3 yaşa kimi uşaqlar ildə bir neçə dəfə, 3 yaşdan -18 yaşa kimi ildə 1 dəfədən az olmayaraq icbari formada bu tibbi müayinədən keçməlidir”.


Baş pediatr uşaqlar arasında ən çox rast gəlinən xəstəliklər barədə də danışıb. Onun sözlərinə görə, aparılan işlərin ilkin müqayisəsi göstərir ki, tibbi müayinədən keçirilən uşaqlar arasında daha çox tənəffüs üzvlərinin, həzm sistemlərinin xəstəliklərinə, virus və yoluxucu xəstəliklərə rast gəlinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR