Vladimir Putin: “Bizim sanksiyalarımız yalnız cavab tədbiri deyil, həm də yerli istehsala dəstəkdir”

Vladimir Putin: “Bizim sanksiyalarımız yalnız cavab tədbiri deyil, həm də yerli istehsala dəstəkdir”
# 14 avqust 2014 12:57 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Rusiya Federasiyasının prezidenti Vladimir Putin bir sıra ölkələrə qarşı tətbiq olunan sanksiyaların yalnız cavab tədbiri deyil, həm də Rusiyadakı yerli istehsalçıları dəstəkləmək və bazara yeni tərəfdaşlar cəlb etmək məqsədi daşıdığını deyib.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Krımda çıxış edən V. Putin bu tədbirlər barədə belə danışıb: “İlk növbədə yerli istehsala dəstək vermək üçün bu tədbirlər əhəmiyyət daşıyır. Digər tərəfdən, Rusiya ilə tərəfdaş olmaq istəyən yeni ölkələr üçün bazarlarımızı açmış oluruq”.

O, Rusiyaya qarşı sanksiyaların tamamilə əsassız və qanunsuz olduğunu qeyd edib: “Bizim üçün hazırda əsas məsələ daxili işlərimiz və hədəflərimizdir. Öz gələcəyimiz öz əlimizdədir. Başlıca vəzifəmiz isə Rusiya vətəndaşlarını yüksək səviyyəli həyatla təmin etməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR