Türkiyədə F-16 təyyarəsi qəzaya uğrayıb

Türkiyədə F-16 təyyarəsi qəzaya uğrayıb
# 01 dekabr 2014 12:24 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Türkiyədə F-16 döyüş təyyarəsi qəzaya uğrayıb.

APA-nın Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının saytına istinadən verdiyi məlumata görə, Hərbi Hava Qüvvələrinin Merzifonda 5-ci bazasından bu gün yerli vaxtla saat 10:49-da planlı təlim uçuşu üçün havaya qalxan F-16C təyyarəsi saat 12:05-də Merzifondan 36 km aralıda naməlum səbəblərdən qəzaya uğrayıb.

152-ci hava donanmasına aid təyyarənin pilotu katapult edərək xilas olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR