Abşeronda daş karxanasının işçisi bədbəxt hadisə nəticəsində ölüb

Abşeronda daş karxanasının işçisi bədbəxt hadisə nəticəsində ölüb
# 24 iyul 2014 10:50 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Abşeron rayonunda daş karxanasında bədbəxt hadisə baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 23- də Məhəmməd Adamov işlədiyi Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində yerləşən “Xəzri” MMC-yə məxsus daş karxanasında dəzgahın altında qalıb.

Xəstəxanaya yerləşdirilmiş M. Adamov orada dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR