“Bakı Metropoliteni”nin təlim-tədris mərkəzi fəaliyyətə başlayıb

“Bakı Metropoliteni”nin təlim-tədris mərkəzi fəaliyyətə başlayıb
# 29 oktyabr 2014 12:51 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Bakı Metropoliteni” QSC-nin yeni yaradılmış təlim-tədris mərkəzində ilk məşğələ aparılıb.

“Bakı Metropoliteni”nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev “APA-Economics”ə bildirib ki, ilk kurs metropolitendə ilk dəfə tətbiq ediləcək Fransanın “Thales” şirkəti yeni Bənövşəyi xətdə SCADA (supervisory control and data acquisition - dispetçer idarəetməsi və məlumat bazası) və CBTC (Communications-based train control - kommunikasiya əsaslı qatar nəzarəti və idarəetməsi) sistemlərinə həsr olunub.

Onun sözlərinə görə, təlim şirkətin bu sahədə ixtisaslaşmış nümayəndəsi Erik Monua tərəfindən aparılıb. Təlimin əsas mövzuları dəmiryol sistemləri, yol infrastrukturu, elektrik təchizatı və dartı qüvvəsi, işarəvermə və rabitə sistemləri, lokomotiv təsərrüfatı, funksionallığı, dartı sistemi, texniki təchizat, xidmət sahələri və təhlükəsizlik texnikası, əməyin və ətraf mühitin mühafizəsindən ibarətdir. Bu prosesə praktiki məşğələlər də əlavə olunacaq.

N. Paşayev bildirib ki, bunun əsasında təlimdə iştirak edənlərin kursu mənimsəməsi qiymətləndiriləcək və onlar arasında ən bacarıqlılar ölkə xaricində konkret ixtisas kurslarına cəlb ediləcəklər.

Qeyd edək ki, “Thales”in bir neçə ölkədə tədris mərkəzi var. Bakı metropoliteni mütəxəssislərinin daha dərin bilikləri Kanadanın Toronto və Türkiyənin İstanbul metropolitenlərini alacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR