“Nar Mobile” abunəçilərinə Rouminq proqramını təqdim edib

 “Nar Mobile” abunəçilərinə Rouminq proqramını təqdim edib
# 29 avqust 2014 15:26 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Nar Mobile” xaricə səyahət edən abunəçilər üçün eksklüziv xidmət – Rouminq proqramını təqdim edib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu proqrama əsasən, artıq xaricə səyahət edən “Nar Mobile” abunəçiləri istifadə etdikləri rouminq xidmətinə görə mobil operator tərəfindən uçuş xalları qazanacaq.

Operatorun rouminq xidmətindən daha çox istifadə edən abunəçilər topladıqları xallar hesabına böyük üstünlüklər əldə edəcək, “Nar Mobile” tərəfdaşı olan havayolu şirkətləri və otellər şəbəkəsi tərəfindən pulsuz aviabilet və ya otellə təmin ediləcək.


Səyahətdə olarkən istifadə etdikləri rouminq xidmətinin hər dəqiqəsinə görə əlavə xal qazanmaq istəyən “Nar Mobile” abunəçiləri Rouminq mükafat proqramına pulsuz qoşula bilər.

Mütəmadi səyahət edən və telefon, SMS və ya İnternetdən faydalanmasından asılı olmayaraq, rouminq xidmətindən daha çox istifadə edən “Nar Mobile” abunəçiləri topladıqları səyahət milləri və xallar hesabına AZAL, Turkish Airlines, Air France, Qatar Airways və Ukraine İnternational Airlines kimi havayolu şirkətlərindən hədiyyə olaraq aviabiletlər qazanmaq, “Hilton” və “Marriott” kimi beynəlxalq otellər şəbəkəsinə aid olan otellərdə ödənişsiz qalmaq imkanı əldə edə biləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR