Bu il havaların quraq keçməsi nəticəsində yeni sürüşmə sahələrinin yaranacağı ehtimal olunur

Bu il havaların quraq keçməsi nəticəsində yeni sürüşmə sahələrinin yaranacağı ehtimal olunur
# 08 oktyabr 2014 12:36 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərinin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov APA-ya açıqlamasında deyib ki, havaların quraq keçməsi sürüşmə sahələrində ekoloji dəyişiklik yaradıb. Onun sözlərinə görə, bəzi ərazilərdə çatların əmələ gəlməsi nəticəsində yeni sürüşmə sahələrinin yaranması ehtimal olunur. Quraqlıq nəticəsində sürüşmə sahəsi olmayan ərazilərdə çatların əmələ gəldiyini deyən S.Əmiraslanov qeyd edib ki, atmosfer yağıntılarının həmin çatlarda paylanması yeni sürüşmə sahələrinin yaranmasına səbəb olacaq: “Xüsusilə cənub bölgəsində, Şamaxı, İsmayıllı rayonlarında, müəyyən meylliyə malik ərazilərdə quraqlıqdan sonra çatlar əmələ gəlib. Çatlar bəzi ərazilərdə 5 santimetrə çatıb. Şamaxı, İsmayıllı , Gədəbəy rayonunda müəyyən formada çatların əmələ gəlməsi müşahidə olunub. Sürüşməyə meylli ərazilərdə çatların əmələ gəlməsi və sonradan atmosfer yağıntılarının bu çatlara daxil olması sürüşməyə səbəb ola bilər. Düzən, meylliyi az olan sahələrdə isə çatların yaranması sürüşmə yaratmayacaq. Burada müəyyən çökmələr və başqa proseslər əmələ gələ bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR